MİLADDAN ÖNCƏKİ DÖVRDƏ AYAQQABI

27 Sent. 2013

Tarixdə bilinən ilk ayaqqabı forması, düzləşdirilmiş ot və ya sərt dərinin ayağa primitiv iplərlə bağlanmasından düzəldilmişdir.

Mövcud qaynaqlara görə ayaqqabıya aid ilk tapıntılara Avropa (İspanya, Fransa, İtalya)’ dakı mağaralarda rastlanmaqdadır:

“M.Ö. 12000-15000 illərində İspanyanın şərqindəki paleolitik mağara rəsimlərində kişilərin dəri, qadınların kürk çəkmə geydikləri görülməkdədir.

Bu sahədəki ən qədim faktlardan birisi də M.Ö. 8000 ilində  Amerika yerlilərinə aid səndəllərdir.

Qədim Misir də ayaqyalın yeriməyənlər, iki bantla ayağın üzərindən bağlanılan və çox vaxt bəzəkli səndəllər geymişdilər. Misirlilər’ in müqəddəs əmanətləri arasında papirus yarpaqlarından düzəldilmiş müxtəlif səndəllər mövcuddur. Misir’ də səndəl emalatının etibarlı bir sənət sahəsi olaraq qəbul gördüğü bilinməkdədir.

PAPİRUS’DAN DÜZƏLDİLMIŞ  SƏNDƏL

 

Ayaqqabı sahəsində olduqca yaradıcı olan Misirlilər, M.Ö. 3500 illərində isladılmış qumda ayaqlarının qəliblərini çıxarıb, bu qəliblərdə şəkilləndirdikləri dabanı xam dəriyə bağlayaraq səndəllər düzəltmişlər. Bu səndəllər zamanla, geyən insanin statusunu göstərən bir simvol halını almıştır. Qadınlar cəvahiratla bəzədikləri ayaqqabılarını sərgiləyib, kişilər isə dəri qayışlarla nadir tapılan qiymətli daşlar taxdırmışdılar.

Misirdə  səndəllər istifadə olunarkən Anadolu’ da Hititlər, bugün istifadə olunan çarıqlara bənzər ayaqqabılar geymişdilər.

Qaynaqlara görə Mesopotomiya’ da M.Ö. 3000 ilindən öncə Misir səndəllərinə bənzər səndəllər Şümer əsgərləri tərəfindən istifadə edilmişdir. M.Ö 2000’ dən sonra ayağa bantlarla bağlanan səndəllər yayılmışdır. Mesopotomiya’ da səndəllərin xaricində Anadolu təsiri ilə çəkmə   də geyilmişdir.

Bütün atçılıqla məşğul olan  xalqlar kimi Assurlar da çəkmə geymişdilər. İlk dabanlı ayaqqabıları da onlarda görməkdəyik. Üstdən bağcıqlı ayaqqabılar da Assurlar’ın kəşfidir. İranlılar müxtəlif qabartmalarda, ayaqqabılı olarak təsvir edilmişdir.

M.Ö. 5. yüzilliyin sonlarına doğru, Afina’ da zəfər ilahəsi  Nike’ ın toprağının əldən gedişi və müharibə ərazisindən çəkilmə figurunun simvollaşması bağı açılmış səndəllər ilə göstərilmiştir.

Qədim Yunanıstan’ da isə bildiyimiz səndəllərlə birgə, çəkmə tipli ayaqqabılar da geyilmiştir. Yunan ayaqqabıları üç novdur: Qayışlarla bağlanmış bəsit bir dabandan ibarət olan səndəl, ayrıca bir dabanı olmayan aba ayakkabı ve kothornos adı verilən çevrilinən konçlu bir növdür potin. Eynı tip ayaqqabıları Romalılar’da istifadə etmişdilər. Romalılarda da ayaqqabı modelləri gedərək zənginləşip müxtəlifləşməyə başlamışdır.

Qədim Yunan və Romalılar da M.Ö. 500’ lərdə səhnədə boyu uzun göstərmək üçün dabanın yerini tutan, yüksək göbələk dabanlı və konçlu “kothurnus” modelli ayaqqabılar, traqediya aktyorları geymişdirlər.

KOTHURNUS

Yaponlar’ ın səndəllə tanışlığı da çox qədim vaxtlarla bağlıdır. Yapon səndəllərindəki hər bir şəklin ayrı bir peşəyə və ya məsləyə işarə etməyi, ayaqqabıya verdikləri önəmin bir simvoludur.

 

 

 

 

 

 

 

 

ARXİV